Respublika Ağsaqqallar Şurasının üzvləri Fəxri Xiyabanda - FOTO
Bizi izləyin

Nida Xəbər

Respublika Ağsaqqallar Şurasının üzvləri Fəxri Xiyabanda - FOTO

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Şuranın üzvləri ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Fəxri xiyabanda olub, Ümummilli Liderin məzarını ziyarət ediblər.

Onlar ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Fəttah Heydərov jurnalistlərə müsahibəsində bildirib ki, Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanı dünyaya tanıdıb, onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit olunub.

Respublika Ağsaqqallar Şurasının sədri ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm