• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Prezidentin köməkçisi: “Hökumət zəruri hallarda siyasi partiyalarla dialoq aparır”

Prezidentin köməkçisi: “Hökumət zəruri hallarda siyasi partiyalarla dialoq aparır”

“Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. Azərbaycan dövləti 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təəssüf ki, müstəqilliyin ilk illərinə Ermənistanın təcavüzünə məruz qalıb. Ölkənin o vaxtkı rəhbəriliyi idarəçiliyi yerinə yetirə bilməmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin inkişafına nail oldu. Xalqımız Heydər Əliyevin xatirəsini daim əziz tutur. Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdırmaq üçün addımlar atır, ölkədə söz-ifadə azadlığı təmin olunur”.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi xatırladıb ki, ölkədə 55 siyasi partiya, 5 mindən artıq kütləvi informasiya vasitəsi, 3 min qeyri-hökumət təşkilati qeydiyyatdan keçib.

Ə.Həsənov qeyd edib ki, Milli Məclisdə nümayəndəsi təmsil olunan siyasi partiyalara büdcədən maliyyə vəsaiti ayrılır: “Azərbaycan hökuməti zəruri hallarda siyasi partiyalarla dialoq aparır”. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR