Türkiyə səfirliyi AXC-nin 100 illiyi ilə bağlı sərgi təşkil edəcək - FOTO
Bizi izləyin

Nida Xəbər

Türkiyə səfirliyi AXC-nin 100 illiyi ilə bağlı sərgi təşkil edəcək - FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən 24 may – 6 iyun 2018-ci il tarixləri arasında Azərbaycan İstiqlaliyyət Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun Yaranmasının 100-cü ildönümü” mövzusunda foto sərgi keçiriləcək.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, sərginin məqsədi ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.

Sərgidə təxminən 40 ədəd foto nümayiş olunacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm