Nida Xəbər
Radikal müxalifət və “5-ci kolon” xarici qrant uğrunda bir-birilərini qırdılar - FOTOLAR
9 may 2018-ci ildə Helsinki komissiyası tərəfindən ABŞ
konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış
edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət
haqqında tənqidi fikirlər işlədib.
Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin
“haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər
“qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub.
Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü
aşkar şəkildə biruzə verir, hətta təhqiramiz şəkil alıb.
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın
bir-birilərinə qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl
Sevinc Osmanqızını “Meydan TV”-nin direktoru olmaq üçün mübarizə
apardığını və buna görə oradan qovulduğunu və Rəsul Quliyevin
vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc isə öz
növbəsində Xədicəni xəstə adlandırıb.
Natiq Adilov Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə gönahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır.
Cəmil Həsənli də “Meydan TV”-nin aldığı qrantları doğrultmadığnı yazıb. Görünür, “Meydan TV”-yə ayrılan iri həcmli qrantlar Cəmil Həsənlini ciddi narahat edir. Belə aydın olur ki, bütün müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə gedir.
Kamil Vəli Nərimanoğlu isə Emin Millini Emin Zilli adlandırır, hətta onun haqqında "eşşək" ifadəsini işlədib.
Gördündüyü kimi Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, meydana, mitinqlərə səsləyən müxalifət başçıları, fəalları və “5-ci kolon” ulduzları qənimət üçün bir-birilərini təhqir etməkdən belə çəkinmirlər.
Qrant uğrunda bir-birinə qənim kəsilən bu insanların daha şirnikdirici təkliflər qarşısında gözlərini qırpmadan öz vətənlərini, dövlətlərini satacaqları şəksizdir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB