Nida Xəbər
Las Veqasın merindən Cümhuriyyət bəyannaməsi
ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin
Qudman Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı
təbrik bəyannaməsi imzalayıb.
Bu barədə Publika.az-a Azərbaycanın Los
Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın Los Ancelesdəki Baş
Konsulluğuna ünvanlanmış bəyannamədə Las Veqas şəhərinin meri
Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək,
xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ
arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı
inkişafı xüsusi vurğulanır.
Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas
şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir.
Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las
Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?