Nida Xəbər
Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?
Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi
təsadüfi deyil.
Publika.az xəbər verir ki, bu barədə yazan “kavkazplus”
saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya
irəli sürüb.
Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkən sayt yazır ki, “Paşa”
Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi.
“Qərbdə simvolikanı çox sevirlər və hesab etmək olar ki, Paşinyan
Ermənistanın “Paşa”sıdır, yəni “Ermənistanın sərdarı”. ABŞ NATO-da
Türkiyə ilə müttəfiq olsa da, Ankaranın müstəqil siyasətini qəbul
etmir və daha çox vassal olmasını arzulayır. Hesab etmək olar ki,
Amerika tərəfindən Ermənistanda hakimiyyətə gətirilən “paşa”
Türkiyə ilə yeni münasibətlər quracaq. ABŞ da Ermənistanın Türkiyə
vasitəsilə tranzit açmasını istəyir. Lakin Paşinyan Azərbaycan
torpaqlarının işğalı faktını kənara qoyaraq, Ankara ilə
münasibətlər qurmaq niyyətindədir. Bu, mümkün deyil. Onun mayın
30-31-də Tbilisiyə səfər planı da əslində Türkiyəyə qarşı yeni
presedent yaratmaq gedişidir”, - deyə sayt qeyd edir.
Sayt yazır ki, Paşinyan Gürcüstandan iqtisadi dəstək də almağı
planlaşdırır: “O, Tbilisidən Rusiyaya Abxaziya üzərindən tranzit
açılmasına icazə istəyəcək. Buna nail olaraq, Paşinyan Azərbaycan
və Türkiyə ilə danışıqlarda “arqument” qazanacaq və deyəcək:
“Budur, gürcülər onların ərazisini işğal edən Rusiya ilə Abxaziya
üzərindən tranzit açmağımıza icazə verdilər. Burada heç bir qorxulu
şey yoxdur. Qarabağ problemi də tranzit üçün heç bir maneə yarada
bilməz. Gəlin unudaq və təmiz səhifədə iqtisadi münasibətlər
quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə Türkiyə və Azərbaycan
razılaşmayacaq. Bəs, Gürcüstan hökumətində anlayırlarmı ki, onlar
meydana yenicə çıxmış erməni “Paşası” və onun Vaşinqtondakı
“sahiblərinə” təslim olmaqla milli maraqları tapdalayırlar? Əsas
sual budur”.
Asif
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO