Nida Xəbər
Fransa xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başladı
Fransa respublikası Avropa və xarici işlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.
Publika.az APA-ya istinadən bildirir ki, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.
Jan-Iv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.
Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə (UFAZ) də səfər edəcək. Nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT