İlham Əliyevdən düşmənə SƏRT XƏBƏRDARLIQ: “Azərbaycan ordusu bu gün..."
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevdən düşmənə SƏRT XƏBƏRDARLIQ: “Azərbaycan ordusu bu gün..."

“Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür”.

Bu sözləri Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm