• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi - FOTO

Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi - FOTO

Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.

Fonddan Publika.az-a verilən məlumata görə, tədbirdə ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri İradə Bağırova iştirak edib.

Tədbirdən öncə Fondun əməkdaşları ARDNF-nin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin heykəli önünə əklil və güllər qoyub, onun xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Mövsümov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olmasını qeyd edib, Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik və ictimai-siyasi tarixində rolu barədə tədbir iştirakçılarına məlumat verib:

“XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycan dövləti özünü Cümhuriyyət ideyalarının davamçısı və onun sələfi elan etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilən üçrəngli bayraq sonralar müstəqil Azərbaycanın dövlət bayrağı kimi təsdiqləndi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bir daha ölkə rəhbərinin tariximizə, keçmişimizə və dövlətçilik prinsiplərinə yüksək sadiqliyinin göstəriciləridir”.

Daha sonra tədbirdə çıxış edən İ.Bağırova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, həmin dövrdə mövcud vəziyyət, “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi və Cümhuriyyətin süqutu ilə bağlı maraqlı mühazirə ilə çıxış edib.

Mühazirənin sonunda İ.Bağırova tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirin sonunda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın prodüserliyi ilə çəkilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR