• USD 1,7000 0,00% EUR 1,9837 +0,14%
    • GBP 2,1690 +0,45% RUB 0,0221 0,00%

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq təşkilat və siyasi klublarla əlaqələri genişləndirir - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq təşkilat və siyasi klublarla əlaqələri genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi mərkəzin fəaliyyətinin həmsədr Vaira Vike-Freyberqanın rəhbərliyi altında daha da genişləndirilməsi ilə əlaqədar məsələlərin müzakirəsi üçün Latviyada bir sıra görüşlər keçirib.

Latviyanın sabiq prezidentləri, mərkəzin həmsədri Vaira Vike-Freyberqa, Andris Berzins, Valdis Zatlers, keçmiş Baş nazir Laimdota Straujuma ilə keçirilən görüşlərdə təşkilatın ötən dövrdəki fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışılıb. Qlobal Bakı forumunun əhəmiyyəti, dünyanı narahat edən problemlərin həllinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təklif və ideyalar müzakirə olunub. Azərbaycan dövlətinin mərkəzin fəaliyyətinə verdiyi dəstək minnətdarlıq hissi ilə vurğulanıb.

Görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif beynəlxalq təşkilatlar və siyasi klublarla əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb, 2019-cu uldə keçirilməsi nəzərdə tutulan VII Qlobal Bakı forumuna hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR