Novruz Məmmədov Mamadu Sano Qomes ilə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Novruz Məmmədov Mamadu Sano Qomes ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomes ilə görüşüb.

Publika.az-ın xəbərinə görə, söhbət zamanı qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm