Nida Xəbər
Aslan İsmayılova cinayət işi qaldırıldı
Hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi
qaldırılıb.
Publika.az xəbər verir ki, bu haqda musavat.com-a
məhkəmə orqanlarındakı mənbədən məlumat daxil olub.
Məlumatda bildirilir ki, hüquqşünas haqda cinayət işinin
qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon
məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Aslan
İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi
deyilir. Belə ki, o, Müasir Müsavat partiyasının sədri Hafiz
Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında
şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim
Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə
buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi
üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd
edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa
çalışıb. Mənbə bildirir ki, zərbələrin şiddətindən qapı
çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.
Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində
ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına
çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici
ifadələr işlədib.
Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş
rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi
rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq
materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib.
Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə
cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin
İstintaq Şöbəsinə ünvanlanıb.
Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının
rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon
məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər
dəyib.
Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham
elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam
qətimkan tədbiri seçilib.
04 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq
edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə
göndərilib.
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO