Sabiq prezident: “Bu, ciddi narahatlıq yaradır”
Bizi izləyin

Nida Xəbər

Sabiq prezident: “Bu, ciddi narahatlıq yaradır”

Biz Trampın administrasiyasının siyasətini ciddi tənqid etdik. Biz düşünürdük ki, cənab Tramp seçki qabağı təbliğat məqsədilə Meksika ilə sərhəddə divar hörmək haqında düşünür. Ancaq sonra ortaya çıxdı ki, bu təbliğat yox, həqiqətdir. Əlbəttə, bu ciddi narahatlıq yaradır.

Publika.az xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxışı zamanı Boliviyanın sabiq prezidenti Yorqe Quiroqa deyib.

Sabiq prezident ABŞ-ın Paris sazişindən çıxmasını da pis gediş adlandırıb:

“ABŞ Paris sazişindən çıxdı. Mən o zaman Boliviyada nazir idim. Reallıqda iqlimlə bağlı nələr baş verdiyinə baxsaq maraqlı olar. Mən gənc olanda Amazon sadəcə çay idi, "əpl" sadəcə alma yeyen qurda deyirdik. İndi dünya çox dəyişib. Hazırda nəyimiz varsa, əlimizdəki telefondadır. Əgər 20 il əvvəl biz özümüzlə bağlı şeyləri bura gətirmək haqda düşünsəydik, yəqin bunun üçün bizə 20 çemodan bəs etməzdi”.

Sonda sabiq prezident deyib ki, ABŞ-dan şikayət etsə də, özləri də işləri qura bilmir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm