Nida Xəbər
Azərbaycan XİN-dən Ermənistan xarici işlər nazirinə CAVAB
Ermənistan xarici işlər naziri Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir.
Bu sözləri Publika.az-a açıqlamasında Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının xarici işlər nazirləri şurasının iclasında çıxışına və Ermənistan XİN-nin cəbhədəki vəziyyət ilə əlaqədar şərhinə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bir tərəfdən münaqişədə tərəfi kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir: "Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi vardır? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər.
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür".
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi