• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Siyavuş Novruzovdan o qanun layihəsinə SƏRT ETİRAZ

Siyavuş Novruzovdan o qanun layihəsinə SƏRT ETİRAZ

“Siyasi partiyaların fəaliyyətini qanun özündə ehtiva edir. Lakin qanunda bəzi dəyişikliklərə ehtiyac var”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili xüsusən, qanunun 8-ci maddəsində siyasi partiyada təmsil olunanlarla bağlı məhdudiyyətlərə etiraz edib:

“Həmin maddədə göstərilib ki, kimlərin partiya üzvü ola bilər. Bu maddədə qeyri-müəyyənlik var. Həmin maddədə göstərilir ki, maliyyə, vergi, gömrük, dövlət televiziyası və dövlət mətbu orqanlarında təmsil olunanlar siyasi partiyada təmsil edilməməlidir. Buna səbəb nədir? Mərkəz Bankın idarə heyətinin üzvünün siyasi partiyada təmsil edilməməsinin səbəbi nədir? Bu o deməkdir ki, həmin üzvlər aparıb pulu partiyaya verəcək?”

Millət vəkili həmçinin siyasi partiyaların maliyyə hesabatlarında şəffaflığın olmadığını da deyib:

“Bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə hesabat vermir. Bu zaman qeyri-şəffaflıq ortaya çıxır. İndi öz aralarında mübarizəyə başlayırlar ki, bu qədər pul gəlir, lakin düzgün bölünmür. Bu da ölkədəki siyasi sistemlə bağlı mənfi rəy yaradır”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR