Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının... - 1 gün sonra HÜCUM OLACAQ
Bizi izləyin

Nida Xəbər

Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının... - 1 gün sonra HÜCUM OLACAQ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb.

Publika.az
xəbər verir ki, ermənilər Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın istefasını tələb ediblər.

Məlumata görə, separatçı “Milli dirçəliş” partiyası Xankəndinin “Dirçəliş” meydanında mitinq keçirmək istəyiblər. Lakin separatçı rejimin “polis qüvvələri” meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından birinə toplaşıblar.

200 etirazçının iştirak etdiyi aksiyada istefa şüarları səsləndirilib. “Milli dirçəliş”in sədri Ayk Xanumyan bildirib ki, bu gündən onlar aksiyalara başlayır: “Bako Saakyan bizim təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Saakyan istefaya getməlidir. O, əvəzolunmaz deyil, Serj Sarkisyanın yolunu getməli və istefa verməlidir”.

Qeyd edək ki, iyunun 1-də Xankəndidə kütləvi aksiyalar keçirildi. Nəticədə Saakyan “güc strukturlarının rəhbərlərini” istefaya göndərdi. Saakyan özü isə 2020-ci ildə qondarma rejimin rəhərliyinə namizəd olamyacağını açıqladı. Lakin Qarabağa yerləşdirilmiş ermənilər hesab edirlər ki, Saakyan onları aldadır və o, 2020-ci ildə getsə də, “rəhbərliyə” Sarkisyan rejiminin davamçısı olacaq “Qarabağ klanı”ndan kimsə gətiriləcək.



Separatçı “Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu da qondarma rejimin “prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir. Təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.

“Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.

Xankəndində qondarma rejimdən xilas olmaq istəyən ermənilərin Bakıya üz tuta biləcəyi ehtimalları da gündəmdədir.

Erməni politoloq Tiqran Qriqoryan qeyd edib ki, İrəvan Qarabağdakı hadisələrə müdaxilə etməsə və Saakyan istefa verməsə, əhali xilas yolunu başqa yerlərdə axtaracaq.

“Bu vəziyyət Bakının “Qarabağdakı ermənilər bizim vətəndaşımızdır” tezisini gücləndirir və dolayısı ilə əhali arasında İrəvana yox, Bakıya yaxınlaşmaq simptonları yüksəlir”, - deyə o bildirib.

Erməni sosioloq David Karabekyan da 1 iyun aksiyalarından sonra bildirmişdi ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər: “Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”.

Qarabağda baş verənlər İrəvanda da ciddi narahatlığa səbəb olub. Ermənistan rəhbərliyi düşünür ki, Qarabağda daxili qarşıdurma güclənərsə, Azərbaycan ərazilərin azad olunması üçün hərəkətə keçə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm