• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Azərbaycanlı səfirin oğlu Belarusda tutuldu

Azərbaycanlı səfirin oğlu Belarusda tutuldu

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu saxlayıblar.

Publika.az “Fontanka” saytına istinadən xəbər verir ki, 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham edilir.

Saytın yazdığına görə, Osmanov Minskə Vyanadan gəlib. Onu burada “Kamri Toyota” avtomobili ilə şəxsi sürücüsü gözləyirdi. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Emil Osmanovu təqib ediblər və o, Rusiya ilə sərhədi keçərkən saxlanılıb. Emil Osmanov kortejlə Peterburqa aparılıb.

İstintaqın versiyasına görə, Emil Osmanov pul vasitələrinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Saytın yazdığına görə, Osmanov Leninqradda doğulub. O, Monakoda yaşamağa üstünlük verirdi. Qeyd edilir ki, Osmanov Х...АМ dövlət nömrəli elit avtomobilləri ilə məlumdur.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 172-ci maddəsi ("Qanunsuz bank fəaliyyəti") ilə 2018-ci ilin mayında cinayət işi açılıb.

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğludur.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR