• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

QHT-yə Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi - FOTOLAR

QHT-yə Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, Şuranın yaranması ilə bağlı qərarı ilə İlham Əliyev siyasi iradəsini ortaya qoyub dövlətlə qeyri-hökumət təşkilatları arasında körpü yaratdı:

“Bu həm də qarşılıqlı etimadın əsasını qoymuş oldu. Əvvəl Qeyri-Hökumət Təşkilatları anti-dövlət maraqlarına xidmət edən təşkilatlar kimi assosiasiya edilirdi, lakin Prezidentin bu qərarı ilə stereotiplər aradan qaldırıldı. Şuraya qədər Azərbaycan milli maraqlarına aid olan, Qarabağ şəhidləri, əlillərinin maraqlarını müdafiə edən layihələrə xarici donor təşkilatlar dəstək vermirdi. Şura yaranandan sonra bu məsələ həllini tapdı. Şübhəsiz ki, bizim əsas məqsədimiz vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək idi. Bizim ən ağrılı yerimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Dövlətimiz, xüsusən Heydər Əliyev Fondu və onun Prezidentinin bu istiqamətdə fəaliyyəti göz önündədir. Şura da Qarabağ problemi ilə bağlı layihələrində Fondun istiqamətini əsas götürür”.

A.Quliyev onu da vurğulayıb ki, Şura yalnız donor funksiyasını həyata keçirmir.

“Elə bir Qeyri-hökumət təşkilatı yoxdur ki, Şuraya müraciət etsin, lakin dəstək almasın. Biz bununla qürur duyuruq. Şuranın qəbul etdiyi qərarların müzakirəsi ilə bağlı Appelyasiya komissiyası fəaliyyət göstərir. Bu vaxta qədər heç bir donor təşkilat belə bir imkan yaratmayıb. Bu imkan Şuraya olan etimadın yaranmasında əsas faktorlardan biridir. Bu gün vətəndaş cəmiyyətin uğurları və nailiyyətlərinə görə möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Bundan sonra da Şura üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlətin maraqlarına əlimizdən gələn dəstəyi göstərəcəyik”.

Daha sonra Şuranın 10 illik fəaliyyətinə həsr olunmuş film təqdim edilib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR