"İnsan haqlarından Azərbaycana təzyiq aləti kimi istifadə etmək mümkün deyil”
Bizi izləyin

Nida Xəbər

"İnsan haqlarından Azərbaycana təzyiq aləti kimi istifadə etmək mümkün deyil”

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 26-da AŞPA-da islandiyalı Thorhildur Sunna Evarsdottirin Hüquq məsələləri və insan haqları komitəsində "Azərbaycanda siyasi məhbuslar" adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, S. Seyidov APA-ya açıqlamasında deyib ki, yeni məruzəçi ilə söhbətləri olub.

"Biz ona dedik ki, siz insan haqlarının müdafiəsi üçün gəlirsinizsə, xoş gəlirsiniz. İnsan haqlarından bir alət kimi istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirsinizsə, bu, mümkün olan şey deyil. Bununla bağlı mən məruzəçi ilə söhbət etmişəm. Əminəm ki, bununla bağlı işlərimizi davam etdirəcəyik",- deyə S. Seyidov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm