Duqin Cocuq Mərcanlıda danışdı: Bu, İrəvana qarşı...
Bizi izləyin

Nida Xəbər

Duqin Cocuq Mərcanlıda danışdı: Bu, İrəvana qarşı...

Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ilə növbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlərə, strateji tərəfdaşlıq kursuna əsaslanır.

APA-nın məlumatına görə, bunu bu gün Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçiriləcək konfransın iştirakçısı, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin jurnalistlərə açıqlamasında deyib

A. Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və Moskva arasında geopolitik ox" mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A. Praxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etdi. Bu, simvolik bir yerdir, biz tədbiri Qarabağda keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir. Bu, Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Onu da qeyd edim ki, Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində açar rol oynayır. Rusiya hazırda Türkiyə və İranla strateji əməkdaşlıq edirik. Biz birlikdə Suriyada birgə strateji əməkdaşlıq həyata keçiririk. Bakı bu strateji əməkdaşlıqda hansı yeri tutur? Biz bunu da müzakirə edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm