Bu təşkilat Qarabağda erməni vəhşiliyini araşdıracaq
Bizi izləyin

Nida Xəbər

Bu təşkilat Qarabağda erməni vəhşiliyini araşdıracaq

Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər.

Bu barədə İCOM-un prezidenti Suay Aksoy APA-ya açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğal altındakı muzeylərinin hazırkı durumunu görməzdən gələ bilməz: "İCOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, İCOM bu istiqamətdə iş apara bilər".

Qeyd edək ki, 1946-cı ildə yaradılmış İCOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla 115 milli və 30 beynəlxalq komitəsi var.

Azərbaycanın işğal altında olan ərazilərində 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm