NATO-nu Qafqazda görmək istəmirik – Rus ekspert
Bizi izləyin

Nida Xəbər

NATO-nu Qafqazda görmək istəmirik – Rus ekspert

Azərbaycan və Rusiya münasibətləri heç vaxt üçüncü ölkənin əleyhinə yönəlməyib.

Publika.az APA-ya istinadla xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçirilən konfransda bildirib.

Ekspert bildirib ki, bu regionda qarışıqlığın olmaması üçün ABŞ-ı, NATO-nu burada görmək istəmirlər:

"Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında sülh olsun, regionda xalqlar sülh içində yaşasın. Təbii ki, işğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdir. Bu, iqtisadi əməkdaşlığa təkan verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm