Ali Məhkəmə İlqar Məmmədov barəsindəki qərarları ləğv etdi
Bizi izləyin

Nida Xəbər

Ali Məhkəmə İlqar Məmmədov barəsindəki qərarları ləğv etdi

Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə şikayətə Ali Məhkəmənin Plenumunda baxılıb.

İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib ki, Plenum İlqar Məmmədovun barəsində olan apelyasiya və kasasiya instansiyaları məhkəmələrinin qərarını ləğv edib.

İşə yenidən apelyasiya instansiyasında baxılması tövsiyyə edilib.

İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən ixtişalarda günahkar bilinib və həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Ali Məhkəmə də kasasiya şikayətini təmin etməyib. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm