• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

“Bu, Ermənistanın informasiya məkanında məğlubiyyəti kimi dəyərləndirilir”

“Bu, Ermənistanın informasiya məkanında məğlubiyyəti kimi dəyərləndirilir”

“Ermənistan öz məqsədlərini həyata keçirmək üçün təkcə, Türkiyə türkləri və azərbaycanlılara qarşı terror aktları həyata keçirməyiblər. Eyni zamanda beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrin diplomatlarına qarşı terror aktları həyata keçiriblər”.

Bu sözləri Publika.az-a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Bolqarıstan televiziyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sujetindən sonra ermənilərin televiziya və jurnalisti təhdid etməsinə münasibət bildirərkən deyib.

E.Mirzəbəyli bildirib ki, bu aksiyaların məqsədi xarici ölkələrin diplomatlarının gözünü qorxutmaqdan, onları ermənilərin absurd iddialarını dəstəkləməyə məcbur etməkdən ibarətdir:

“Bu dəfə də Ermənistan özünün təhdid və zor siyasətindən istifadə edib. Həmin filmdə Azərbaycan həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırılır. Proseslər tamamilə obyektiv şəkildə, şahidlərin dili ilə şərh edilib. Həmçinin bildiyiniz kimi işğal altında olan Azərbaycan ərazilərinin dağıdılması fakt kimi göstərilir. Hər kəsin məlumat ala biləcəyi informasiyalar olduğundan Bolqarıstan televiziyası Ermənistanı narahat edəcək qeyri-adi addım atmayıb. Sadəcə Azərbaycan həqiqətləri izləyicilərə çatdırılır. Ermənilərin bu münasibətləri narahatlıqları ilə bağlıdır. Çünki Bolqarıstanda kifayət qədər erməni yaşayır. Onlar bu qədər erməni diasporunun olduğu bir ölkədə həqiqətlərin üzə çıxarılmasıdır. Bu, Ermənistanın informasiya məkanında məğlubiyyəti kimi dəyərləndirilir. Bolqarıstan hökuməti dəfələrlə Azərbaycan və Türkiyənin yanında olduğunu bəyan edib”.

Qeyd edək ki, Bolqarıstan mediasında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı müfəssəl material yayımlanıb. Verilişdə təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı faciəsi və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi obyektiv şəkildə əks olunub. Bolqarıstanda yaşayan ermənilər bu verilişə görə jurnalistə və televiziyaya hücuma keçiblər. Onlar jurnalisti və televiziyanı təhdid edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR