Nida Xəbər
FHN-dən qəza açıqlaması - Durum nəzarətdədir
Mingəçevir İES-in qəza baş vermiş blokunda təmir-bərpa işləri davam etdirilir. Ona görə də enerji təchizatında müəyyən fasilələrin yaranması mümkündür.
Publika.az xəbər verir ki, bunu APA-ya Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib.
Məlumatda qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı proses Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir.
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır, eyni zamanda Bakı Metropolitenində tuneldə və stansiyalarda qalmış şəxslərin evakuasiya prosesi həyata keçirilir, bu proses yaxın dəqiqələrdə yekunlaşacaq.
"Vəziyyət tam nəzarət altındadır. Qəza-bərpa və evakuasiya işləri davam etdirilir. Əhalini narahat olmamağa, təşvişə düşməməyə çağırırıq", - FHN rəsmisi qeyd edib.
Məlumatda o da vurğulanıb ki, baş vermiş hadisə və onun nəticələrinin aradan qaldırılması ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ