Bakıda Belarusun Müstəqillik Günü qeyd edildi
Bizi izləyin

Nida Xəbər

Bakıda Belarusun Müstəqillik Günü qeyd edildi

Bakıda Belarusun Müstəqillik Günü qeyd edilib.

Publika.az xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib ki, ölkəsi müstəqilliyinin 27 illik yubileyini qeyd edir.

Səfirin sözlərinə görə, bu müddət ərzində Belarus mədəniyyət, tibb və digər sahələrdə inkişaf edib: "Bu gün Belarus çoxvektorlu müstəqil siyasət həyata keçirir və Minsk regiondakı münaqişələrin müzakirə mərkəzinə çevrilib".

Səfir qeyd edib ki, Belarus zamanın sınağından çıxmış Azərbaycanla strateji əlaqələri yüksək dəyərləndirir.

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov hökumət adından Belarus respublikası və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Y.Eyyubov iki ölkə arasında dərin tarixi dostluq əlaqələrinin olduğunu deyib: "Düzgün strateji əməkdaşlıq sayəsində iqtisadi sahədə uğur əldə etmişik. Mən əminəm ki, Belarus öz potensialından istifadə edərək Azərbaycanla səmərəli strateji əlaqələrin inkişafına öz töhfəsini verəcək. İqtisadiyyatımız modernləşir və dünyaya açılır, bu da ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir edir. Azərbaycan və Belarus müstəqillik qazandıqdan sonra müxtəlif problemlərlə qarşılaşıb. Azərbaycana gəldikdə, Dağlıq Qarabağ işğal edilib, bir milyondan çox qaçqınımız var. Biz Belarusa Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli və prinsipial mövqe tutduğuna görə təşəkkür edirik. Ölkələrimiz beynəlxalq aləmdə daim bir-birini dəstəkləyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm