Yol polisi gücləndirilmiş iş rejiminə keçdi
Bizi izləyin

Nida Xəbər

Yol polisi gücləndirilmiş iş rejiminə keçdi

Baş Dövlət Yol Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

Bu sözləri Publika.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bütün qüvvələr səfərbər edilib:

"Əməkdaşlarımız yollarda piyadaların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə nəzarəti gücləndirilib. Panikaya səbəb olacaq bir vəziyyət yoxdur".

O, qeyd edib ki, hər hansı bir ağır yol qəzası qeydə alınmayıb:

"Dünən payatxt ərqzisində ağır yol qəzası qeydə alınmayıb. Lakin gecə saat 3-də bir piyadanı maşın vurub. Elektrik enerjisinin verilməsində yaranan problem işıqforların fəaliyyətini dayandırıb".

Vaqif Əsədov işıqforların işləməməsi səbəbindən sürücülərin qaydalara özləri riayət etməli olduğunu deyib:

"Qəza hallarının qarşısını almaq məqsədilə sürücüləri son dərəcə diqqətli olmağa çağırırıq".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm