Yaxın zamanlarda ermənilərə ciddi zərbələr endiriləcək - Komitə sədrindən SƏRT XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Xəbər

Yaxın zamanlarda ermənilərə ciddi zərbələr endiriləcək - Komitə sədrindən SƏRT XƏBƏRDARLIQ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspor təşkilatlarına sərt xəbərdarlıq edib.

Publika.az-ın məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında deyib ki, erməni diaspor təşkilatları çirkin niyyətlərindən əl çəkməsə, onlara ağır zərbə vurulacaq: “Erməni diasporu hazır olsun. Artıq bizim bütün istiqamətlərdə Azərbaycan diasporunda birləşmə prosesi gedir və erməni diasporu hazır olmalıdır ki, bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik, onlar çalışırlar ki, müxtəlif işlər həyata keçirsinlər. Diaspor təşkilatlarının birləşərək milli məqsədlərə çatmaları fəaliyyətində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq. Bu gün bizim torpaqlarımız işğal altındadır. Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox böyük ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən biri olan ərazi bütövlüyü məsələsidir”.

F.Muradov dünya azərbaycanlılarını birləşməyə səsləyib. Komitə sədri deyib ki, Azərbaycan naminə, müstəqilliyin qorunub saxlanması istiqamətində atılan addımlarında biz onların yanındayıq: “Bir daha erməni diasporuna xəbərdarlıq edirəm ki, onlar öz çirkin əməllərindən vaz keçsinlər. Bizim diaspor təşkilatlarımız birləşir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm