Tahir Rzayev : "Bu hadisəyə səbəb olanlar məsuliyyət daşımalıdır"
Bizi izləyin

Nida Xəbər

Tahir Rzayev : "Bu hadisəyə səbəb olanlar məsuliyyət daşımalıdır"

“Baş verən hadisə respublika ərazisində bir çox sahələrdə çox ciddi problemlərin yaranmasına səbəb oldu. Bununla yanaşı, bir çox dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində xalq arasında yaranan qorxu, narahatlıq aradan qaldırıldı. Düşünürəm ki, prezidentimiz bu sahədə çalışan şəxslərin məsuliyyəti və problemin bir daha yaşanmaması üçün lazımı tapşırılqlar verəcək".

Bu sözləri Publika.az-a millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkədə yaranan enerji böhranının həlli ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan dövlət komissiyası problemi hərtərəfli araşdırıb: “Ölkə başçısının sərəncamı ilə yaradılan komissiya, eləcə də müxtəlif nazirliklər, qurumlar üzərlərinə düşən vəzifəni yerinə yetirərək yaranan problem haqqında prezidentə məruzə ediblər. Bu cür hadisələrin qış aylarında, soyuq havalarda baş verməsi hardasa gözləniləndi. Hava şəraiti ilə əlaqədar olaraq əhaliyə işıq, su, qaz verilişində problemlər yaşanır. Bu məsələdə bir çox qurumlar var ki, əsas məsuliyyət məhz onların üzərinə düşür. Bu sahəyə cavabdeh olan şəxslər həm özlərinin, həm də əhalinin təhlükəsilziyi baxımından bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər görməli idilər. Bütün bu məsələlər incəliyinə qədər ölçülməlidir. Mingəçevirdə yerləşən İES-də yaranan problemin qarşısını bəlkə də almaq mümkün olardı. Düşünürəm ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də zəruri təmir işləri vaxtı-vaxtında görülməli idi. Bu nəinki ölkə iqtisadiyyatına ciddi ziyan vurdu, eyni zamanda, xalqın çox ciddi narahatlığına, xəstəxanalarda, digər strateji obyeklərdə həyatın iflic olmasına gətirib çıxardı. Bakı böyük şəhərdir. Metronun fəaliyyətini dayandırması insanlar arasında ciddi qorxu yaratdı”.

Millət vəkili bildirib ki, hadisənin yaranma səbəbini qurumlar sayəsində öyrənsək də, əhali hələ də ehtiyat edir:

“Təbii ki, ciddi narahatlıqlara səbəb oldu, vətəndaşlar əziyyət çəkdilər. Belə hallarda lazımi tədbirlərin görülməsi də vəziyyətə təsir edə bilmir. Lakin, bu hadisənin baş verəcək ehtimalı ilə alternativ tədbirlər düşünülməli idi. Ölkədə alternativ enerji mənbələri olmalı idi. Ən azından metroların fəaliyyətini təmin edə biləcək enerji mənbələri nəzərdə tutulmalı idi. İES 55 dərəcə selsi istiliyə dözümlü şəkildə hazırlansa da, 45 dərəcə istidə bu cür faciəli bir hadisə baş verdi. Cənab prezident hər zaman öz çıxışlarında bütün qurumları öz işlərində məsuliyyətli olmağa çağırıb. Bu dəfə də keçirilən müşavirədə cənab prezident alternativ enerji resursları barədə ciddi tədbirlər planının hazırlanmasına toxundu. Xarici ölkələrdə havadan, küləkdən,yağışdan enerji əldə olunur. Bu kimi resurslardan biz də istifadə edə bilərik, çünki bu, enerji mənbəyinin çox vacib amillərindəndir. Ölkə rifahının tənzimlənməsi, onların sosial vəziyyətlərinin stabilləşdirilməsi istiqamətində bütün tədbirlərin görülməsinə müvafiq tapşırıqlar verilib ”.

Tahir Rzayev onu da əlavə edib ki, bu istiqamətdə ciddi tədbirlər planı hazırlanmalıdır:

“Alternativ enerji stanstiyalarının olması mütləqdir. Biz müharibə şəraitində yaşayan ölkəyik. Müharibənin sadəcə birinci mərhələsi sona çatıb. Bizim torpaqlarımız düşmənlərin nəzarətindən azad olmayınca, bu müharibə davam edəcək. İstənilən vaxt erməni təcavüzkarları tərəfindən həmin stansiyalara təxribat xarakterli addımlar atıla bilər. Ona görə də , bu kimi hadisələrdə media da ehtiyalı davranmalıdır. Mingəçevir İES özü çox böyük strateji əhəmiyyətli stansiyadır. Demək olar ki, regionun 40 faizə qədər hissəsini elektrik enerjisi ilə təmin edir. Yaxşı olardı ki, digər regionlarda da müxtəlif İES-lər quraşdırıla. Bilirik ki, Bakı küləklər şəhəridir. Bizim küləkdən alternativ enerji əldə etmək üçün olduqca münbit şəraitimiz var. Bunu mütləq şəkildə dəyərləndirmək lazımdır.Bu istiqamətdə dəfələrlə məsələ qaldırılıb, tapşırıqlar verilib, lakin təəssüf ki, kifayət qədər nəticə əldə olunmayıb. Son dövrdə sözügedən İES-də təmir işləri aparılıb. Dövlət büdcəsindən bu istiqamətdə milyonlarla vəsait ayırılıb. Ona görə də, düşünürəm ki, bu sahədə çalışan bütün insanlar bu hadisənin məsuliyyətini daşımalıdır. Bu hadisənin təkrar olmaması üçün həmin insanlar özləri də öz qarşılarına məqsəd qoymalıdırlar ki, onların səhvləri ucbatından növbəti dəfə milyonlarla insan ziyan çəkməsin. Mən hazırda bölgələrimizdəyəm. Burada da insanlarla görüşürük. Onlara hadisənin təfərrüatları haqqında məlumat veririk ki, qorxu aradan qaldırılsın. Mən inanıram ki, prezidentimiz lazımlı şəxslərə öz iradını bildrdikdən sonra bu problem tezliklə aradan qaldırılacaq”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm