"TRT World" erməni işğalından azad edilən Günnütdən reportaj hazırladı - VİDEO
Bizi izləyin

Nida Xəbər

"TRT World" erməni işğalından azad edilən Günnütdən reportaj hazırladı - VİDEO

“TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

Publika.az xəbər verir ki, reportajda Naxçıvan Muxtar Respublikası Ermənistan Azərbaycan münaqişəsində qaynar nöqtə olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan hərbi qulluqçuları erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda bir müddət əvvəl xüsusi əməliyyat hazırlayıb. 200 xüsusi təyinatlısı erməni mövqelərini dəf edərək 110 kv.m-lik ərazini azad ediblər.

Xatırladaq ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm