Bahar Muradova: "Azərbaycanda konstruktiv dialoqa hazırdırlar"
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: "Azərbaycanda konstruktiv dialoqa hazırdırlar"

ATƏT Parlament Assambleyasının (PA) sessiyasında Azərbaycanda keçirilmiş prezident seçkiləri müzakirə olunub.

Publika.az xəbər verir ki, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova təşkilatın Daimi Komitəsinin iclasındakı çıxışında ATƏT-in müşahidə missiyasının xüsusi əlaqələndiricisi Nilza de Senanın hesabatına cavab olaraq, bəzi strukturların Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətdə qərəzli və subyektiv mövqeyinə diqqət çəkib.

O, xüsusi əlaqələndiricinin tənqidi fikirlərini şişirdilmiş adlandırıb və qeyd edib ki, seçkilər şəffaflıq şəraitində keçirilib, vətəndaşların bütün konstitusion hüquqları tam olaraq təmin edilib, namizədlərə isə qanunvericilik çərçivəsində hər cür şərait yaradılıb.

Bahar Muradova deyib: “Təbii ki, heç bir ölkədə seçkilər hər hansı kiçik pozuntular olmadan keçirilmir. Azərbaycan da istisna deyil, lakin qeydə alınmış kiçik pozuntuların heç biri səsvermənin yekun nəticəsinə təsir edə bilməz”.

Nümayəndə heyətinin rəhbəri həmkarlarını əmin edib ki, Azərbaycanda konstruktiv dialoqa hazırdırlar və obyektiv tənqidə hər zaman müsbət yanaşırlar. Lakin selektiv və qərəzli qiymət verilməsi tərəqqiyə kömək etmir.

ATƏT PA-nın prezidenti Georgi Tsereteli, öz növbəsində, konstruktiv mövqeyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsini arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm