
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari
kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində,
Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca,
Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli,
Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar
və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam
və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.