Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək
Bizi izləyin

Nida Xəbər

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanistanda sülh və istiqrar mövzusuna həsr olunmuş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans 10-11 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.

Müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin yer aldığı konfransın gündəmində bir sıra önəmli məsələlər, o cümlədən, Əfqanistanda sülh və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakılıq ekstremizmə qarşı birgə mövqeyin nümayiş etdirilməsi durur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm