Ərdoğanın andiçmə mərasimində Azərbaycanı o təmsil edəcək
Bizi izləyin

Nida Xəbər

Ərdoğanın andiçmə mərasimində Azərbaycanı o təmsil edəcək

Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedib.

Nazirlər Kabinetindən verilən məlumata görə, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.

Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm