Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır
Bizi izləyin

Nida Xəbər

Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır

İyulun 10-da Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm