Nida Xəbər
“Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin qarşısında olacaq” - ŞƏRH
“Gəncəlilər bu məqamda dövlətin yanında olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncə şəhərində baş vermiş fövqəladə vəziyyəti şərh edərkən bildirib.
Müsahibimiz hesab edir ki, bu məsələdə gözlənilən prosesin davamından söhbət gedir: “İcra başçısına qarşı planlaşdırılmış terror aksiyasından sonra bu hərəkətlərin davam etməsi gözlənilən idi. Ciddi vəziyyətdir. Dövlət orqanları bu məsələdə funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir. Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin uğur qazanmasına imkan vermək olmaz”.
Millət vəkili hesab edir ki, bu olayla bağlı Gəncədə təhlükəsizlik rejimi daha da ciddiləşdiriləcək: “İnanıram ki, müəyyən kriminal elementlərin Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək. Gəncə müstəqil dövlətimizin ilk paytaxtıdır. Bu şəhərdə dövlətin müstəqilliyinə zərər verməyə cəhd göstərilən olayların baş verməsi üzücüdür. Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin qarşısında olacaq”.
Xatırladaq ki, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini şüarlar qıçqıran bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.
DİN-dən daxil olan məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.
İğtişaşlarda iki yüksək rütbəli polis zabiti həlak olub. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR