XİN: "Azərbaycan münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir" - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

XİN: "Azərbaycan münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir" - (YENİLƏNDİ)

"Bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək".

Publika.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir".

H. Hacıyev qeyd edib ki, hələlik Azərbaycan və Ermənistanın 1-ci şəxslərinin görüşü gündəlikdə deyil.

***

Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Qeyd edək ki, Brüssel görüşü Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın bu il aprelin 23-də hakimiyyətdən getməsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşüdür.

İki ölkənin xarici işlər naziri sonuncu dəfə bu ilin yanvarın 18-də Polşanın Krakov şəhərində danışıqlar aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm