Diaspor nümayəndələrimizdən SƏRT TƏPKİ: Hər birimiz bu namərdlərə qarşı...
Bizi izləyin

Nida Xəbər

Diaspor nümayəndələrimizdən SƏRT TƏPKİ: Hər birimiz bu namərdlərə qarşı...

Dünən Gəncədə baş verən iğtişaş nəticəsində iki polis əməkdaşının qətli vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın da dərin narahatlığına səbəb olub. Bu narahatlıq eyni zamanda, dispor nümayəndələrimizin kəskin qınağına tuş gəlib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Avropa Azərbaycanlıları Konqresinin üzvü, eləcə də Paris Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva olayla bağlı fikirlərini Publika.az-la bölüşüb.

"Düzü bu barədə gec saatlarda xəbərim oldu. Bu iğtişaşlar və iki polisimizin şəhid edilməsi bizə də böyük narahatlıq yaşatdı. Vətəndən kənarda yaşasaq da, orada baş verənlər bizi çox məyus etdi. Bu qarşıdurmaya çağıranlar, Vətənimizi qana bürümək istəyənlərin dəyirmanına su tökənlər, cəhalətin əsiri olanları qəhrəmana çevirənlərə səslənib deyirəm ki, ölkəmizi viran görmək istəyənləri sevindirməsinlər. Xalqımız dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayırıq. Bu halda hər birimiz bu namərd qüvvələrə qarşı birləşib, mübarizə aparmalıyıq. Dövlətimizi qorumaq hər birimizin borcudur. Əminəm ki, hər birimiz bu borcu layiqincə yerinə yetirəcək və qara qüvvələrin məkrli niyyətlərini reallaşdırmağa imkan verməyəcəyik".

Картинки по запросу Tofiq Məmmədov Yeni Zellandiya

Yeni Zelandiya Azərbaycan Milli Cəmiyyətinin sədri Tofiq Məmmədov bu qorxunc hadisədən yaşadığı ölkənin mediasından xəbərdar olduğunu bildirdi:

"Gəncədəki iğtişaşdan və iki polis əməkdaşının şəhid edilməsindən xəbərdaram. Qan tökəcək qədər qanundan yayınmaq böyük cinayətdir. Onsuz da ölkəmiz Ermənistanla müharibə şəraitində yaşayır. Odur ki, heç kəs qara qüvvələrin bu iğtişaşlarına uymamalıdır. Belə hallar Azərbaycanı nüfuzdan salır. Din adından istifadə edən şəxslərin belə addım atması yolverilməzdir. Avropa da daxil dünya bizi iqtisadiyyatı sürətlə güclənən ölkə kimi tanıyır. Bizim ölkəmiz müxtəlif idman və musiqi yarışlarına ev sahibliyi edir. Rica edirəm, gəlin özümüzü Avropaya güldürməyək. Hər kəs ayıq olsun və düşmənin dəyirmanına su səpməyək".

Seymur Nasirov adlı şəxsin şəkli.

Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa" Xeyriyyə Fondunun icraçı direktoru, ərəbşünas alim Seymur Nəsirov xalqımızı belə fitnələr uymamağa səsləyib:

"Bu qanlı hadisələri, əmniyyətimizi qoruyan insanların qətl edilməsini qətiyyən pisləyirik. Axan hər damla qan azərbaycanlı qanıdır və bu qəbul edilməzdir. Belə qanlı iğtişaşların baş verməsinin qarşısını almaq üçün atılan hər bir addımın arxasındayıq. Bu kimi namərdlikləri pisləyirik. Xalqımızı birliyə çağırıram. Belə fitnələrə uymayaq. Prezidentimiz Cənab İlham Əliyevin ətrafında birləşib, bütün məsələlərdə vətənimizin mənafeyi üçün çalışaq".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm