• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Tahir Kərimli: “Xalq dövlətin, prezidentin yanında olduğunu göstərdi”

Tahir Kərimli: “Xalq dövlətin, prezidentin yanında olduğunu göstərdi”

“Biz hər zaman dövlətin tərəfində olmalı, onu müdafiə etməliyik. Üzərində dövlət gerbi gəzdirən polisə qarşı zorakılığı, dövlətə qarşı olan zorakılıq kimi qiymətləndiririk, bunu qəti şəkildə pisləyirik”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Millət vəkili onu da vurğulayıb ki, insanlar polisin dövləti təmsil etdiyini unutmamalıdırlar:

“Bu hadisələr baş verəndə insanları ehtiyatlı olmağa çağırdım. Çox təəssüf edirəm ki, belə hadisə baş verdi. Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış xalqıq. Həmin vaxtlarda Milli Məclisdə aclıq aksiyası edərkən Moskvanın hərbi qüvvələri ilə Azərbaycan milisi bizim toxunulmazlıq hüququmuzu pozub bizi oradan aparanda belə, polisə qarşı heç zaman silah işlədilməmişdi. Bu, Azərbaycan xalqının mentaliletindən xəbər verir. Biz humanist xalqıq. Mən Ali Məhkəmədə işləyəndə ən yüksək ali hakim dərəcəsi daşımışam, lakin ən siravi polisə belə hörmətlə yanaşmışam. Bu təbiidir, çünki polis dövləti təmsil edir. Bu hadisələri qəti şəkildə pisləyirik”.

Millət vəkili xalqı ayıq-sayıq olmağa və qanunlara əməl etməyə çağırıb:

“Çox yaxşı haldır ki, xalqımız kütləvi şəkildə eksterimistləri müdafiə etmədi. Ancaq radikal kəsim burada iştirak etdi. Xalq bu hadisələri boykot etməklə dövlətin, prezidentin yanında olduğunu göstərdi. Hər zaman cənab Prezident xarici səfərdə olan zaman xaricdən təşkilatlanan qüvvələr Azəbaycanda dövlətə qarşı müxtəlif hərəkətlər edirlər. Hesab edirəm ki, bu, çox pis haldır. Azərbaycan xalqını hər zaman dövlətin yanında olmağa çağırırıq. Azərbaycan dövlətinin ən böyük qazancı onun sabitliyidir. Bütün siyasi təşkilatlar, qeyri-hökümət təşkilatları, jurnalistlər dövləti müdafiə etməli, xalqın və dövlətin yanında olmalıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR