Nida Xəbər
XİN Azərbaycanla Aİ arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasına dair bəyanat yaydı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri barədə bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən
xəbərə görə, bəyanatda deyilir ki, səfər çərçivəsində dövlət
başçısı Avropa İttifaqı Şurasının mənzil-qərargahında Aİ Şurasının
prezidenti Donald Tusk ilə görüşüb və görüş əsnasında hərtərəfli
əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb:
”Prezident İlham Əliyev və prezident Donald Tuskun müşayiəti
altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar
Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti
Federika Mogerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında
Tərəfdaşlıq Prioritetləri Sənədi paraflanıb.
Tərəfdaşlıq Prioritetləri sənədinin 1-ci bəndində təsbit olunduğu
kimi, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və
dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və
dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında
əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq
prioritetlərini razılaşdırıblar. Tərəfdaşlıq Prioritetləri
2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu və
qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.
Sənəddə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla, ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısında pay sahibi olaraq əsas investisiya tərəfdaşı olduğu bildirilir. Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədlərini nəzərə alaraq, Tərəfdaşlıq Prioritetləri sənədi Azərbaycanın strateji enerji tərəfdaşı rolunu, coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişləndirmək, ticarət və logistikanı inkişaf etdirmək və regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrini inkişaf etdirmək kimi imkanlar təqdim etdiyi vurğulanır. Cənub Qaz Dəhlizinin yekunlaşması və vaxtında Azərbaycan qazının Avropa bazarlarına çatdırılması da sənəddə əsas prioritet istiqamətlər kimi təsbit olunub. Tərəfdaşlıq Prioritetləri yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar və təhsil və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva edir”.
Azərbaycan XİN qeyd edib ki, prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıb: “Tərəfdaşlıq Prioritetləri, “20 Deliverables for 2020” və tərəfdaşlıq sazişinin tezliklə yekunlaşdırılması ilə digər layihələr Avropa İttifaqıvə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır. Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO