Hikmət Hacıyev: “Bu siyasət Ermənistanı qeyri-sabitlik uçurumuna aparır"
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyev: “Bu siyasət Ermənistanı qeyri-sabitlik uçurumuna aparır"

"Ermənistanın baş naziri Brüsseldə keçirdiyi görüşlərində Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır".

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdə səsləndirdiyi fikirləri şərh edən Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir: "Bu yolla Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyət real vəziyyət barəsində dolğun və düzgün məlumata malikdir. Ermənistanın baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir və Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm