Siyavuş Novruzov: "Bu, birbaşa Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir"
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: "Bu, birbaşa Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir"

"Gəncədə baş verən hadisələr, insan ölümü istər Qurani-Kərimdə, istərsə də şəriətdə qadağandır. Bunlar hamısı İslam dininə ziddir. Kim bunu din pərdəsi altında həyata keçirmək istəyirsə, o, səhv yoldadır və həmin şəxsin dinə ümumiyyətlə aidiyyəti yoxdur. "

Bu sözləri Publika.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov Gəncədə baş verən hadisələrin sosial şəbəkələrdə birtərəfli mövqedən işıqlandırılmasına münasibət bildirərəkən deyib. O bildirib ki, bu, birbaşa Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir:

"Bu, təsadüf deyil, dini məsələ heç deyil. Birbaşa ölkə mənafeyinə yönəldilmiş cinayətdir və bu işdə yaxından-uzaqdan iştirak edən hər kəs bir nəfər kimi layiqli cəzalarını almalıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət o qədər möhkəm əsaslar üzərində qurulub ki, onu heç kim və heç bir təxribat sarsılda bilməz. Bu cür hərəkətlər bizi yolumuzdan döndərə, hakimiyyətimizə qarşı çevirə bilməz. Cinayətkarlar cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdırıb, məsələnin kökünü ortaya çıxarmalıdır. Ümumilikdə, bütün müsəlmanlar bir-birinə qardaş deyirsə, bəs qardaş qardaşı necə öldürür? Bu, İslamın prinsipidir. Kim bu fundamental prinsipdən kənara çıxırsa, o, İslama yox, xurafata xidmət edir. Onun törətdiyi əməllər həm qanuni əsaslarla , həm də İslam hüququ ilə cəzalanmalı , layiqli cavabını almalıdır".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm