"Sabitliyi pozmağa çalışan saytlar və şəxslər məsuliyyətə cəlb olunmalıdır"- ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Sabitliyi pozmağa çalışan saytlar və şəxslər məsuliyyətə cəlb olunmalıdır"- ŞƏRH

“İqtisadi, siyasi, hərbi, diplomatik cəhətdən inkişaf edən və möhkəmlənən Azərbaycana sarsıdıcı zərbələr vuraraq onu hər hansı bir şəkildə təsir altına salmaq artıq mümkün deyil”.

Bu sözləri Publika.az-a millət vəkili Aydın Mirzəzadə Gəncə hadisələrinə münasibət bildirərəkən deyib. O bildirib ki, həyat mübarizədir və bu mübarizə hər mərhələdə daha çətinləşir.

Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra onu öz təsiri altına salmaq istəyən qüvvələrin sayı da artıb: “Xarici dairələr çoxdandır ölkəmizi təsir altına salmaq üçün dəridən-qabıqdan çıxır. Bu gün Azərbaycanın daxilində xarici qüvvələrin maraqlarına xidmət edən hər hansı bir təşkilat, qurum fəaliyyət göstərmir. İqtisadi, siyasi, hərbi, diplomatik cəhətdən inkişaf edən və möhkəmlənən Azərbaycana sarsıdıcı zərbələr vuraraq onu hər hansı bir şəkildə təsir altına salmaq artıq mümkün deyil. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz nüfuzlu yerini tutmaqdadır. İdeoloji mübarizə isə hələ də qalmaqdadır, çünki ölkə daxili proseslərə müdaxilə edərək, onları öz mənafelərinə uyğun şəkildə dəyişməyə çalışan qüvvələr hələ də mövcuddur. Bu isə Azərbaycan vətəndaşında fikir qarışıqlığı yaratmamalıdır. Ölkəsinə olan sevgini, qayğını əksiltməməlidir. Bu gün sosial şəbəkələrdə idarəçiləri bilinməyən,çoxsaylı üzvləri olan səhifələrdə, qruplarda, eləcə də xaricdən maliyyələşən bir sıra saytlarda yayılan qərəzli materiallar insanlarda çaşqınlıq yaratmamlıdır. Gəncə hadisələri çox əvvəldən planlaşdırılmış bir proses idi. Təəssüf ki, insan ölümü ilə nəticələnən bu hadisədə zərərli çıxan yenə əhali oldu. Aksiyadan sonra da müəyyən saytlar, sosial şəbəkə istifadəçiləri prosesləri fərqli təsvir etməyə çalışdılar. Amma bununla belə inanların çox az qismi bu xaosa aldandı, xalqımız hadisələrin gedişatını normal şəkildə analiz edə biləcək qədər ağıllıdır”.

A.Mirzəzadə onu da qeyd edib ki, ölkədə sabitliyi pozmağa yönələn hadisələrdən istifadə edən saytlar və şəxslər hər biri qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır: “Təbii ki, biz demokratik ölkədə yaşayırıq və bütün bu proseslərə hüquqi yollarla cavab veriləcək. İrticaçı, gərginlik yaratmağa çalışan saytların fəaliyyətini dayandırmaq mümkündür. Xarici ölkələrdən maliyyələşən saytların da qısa müddətdə fəaliyyəti dayandırılacaq. Bununla yanaşı Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan saytların maliyyələşdiyi ölkələrin məhkəmələrinin qərarı ilə həmin saytların hüquqi yollarla faəliyyəti dayandırılır. Qanunvericilikdə bu istiqamətdə kifayət qədər güclü maddələr qeyd edilib. Lakin ehtiyac olarsa, bu istiqamətdə qanunvericilikdə dəyişikliklər nəzərə alına bilər”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm