Əliyev-Tramp görüşü: Ermənistanın ümidləri NECƏ PUÇ OLDU?
Bizi izləyin

Nida Xəbər

Əliyev-Tramp görüşü: Ermənistanın ümidləri NECƏ PUÇ OLDU?

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanması, nəzərdə tutulmuş bütün məsələlərin uğurla həll olunması onun yüksək nüfuzundan xəbər verir. Bu səfər çərçivəsində son dövrdə hazırlanan tərəfdaşlıq sənədi Azərbaycan və Avropa Birliyi tərəfindən imzalandı”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin Belçika Krallığına səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, həmin sənəddə konkret olaraq Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Azərbaycanın Avropanı enerji ilə təminatında rolu yüksək qiymətləndirilir, əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağı bildirilir.

“Hesab edirəm ki, bu, Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Cənab Prezidentin bu səfər çərçivəsində NATO və Avropa Birliyi rəhbərləri ilə görüşü, münasibətlərin geniş müzakirə edilməsi, konkret razılaşmalar əldə edilməsi gözlənilən idi. Eyni zamanda, Azərbaycan Prezidentinin yüksək səviyyədə qəbul edilməsi, onun səfər proqramında hər iki tərəf üçün gərəkli olan çoxsaylı görüşlərin keçirilməsi, cənab İlham Əliyevlə Amerika Birləşmiş Ştatları Prezidenti arasında tanışlığın baş tutması kimi məqamlar çox ciddi məsələlərdir”, - deyə A.Mirzəzadə qeyd edib.

Millət vəkili bildirib ki, bütün bunların fonunda isə Ermənistan çox cılız və nüfuzsuz görünürdü:

“Çünki bu ölkənin dünyaya verəcəyi heç nə yoxdur. Ermənistan xaricdən ianələr dilənməklə, özünün əsassız “Erməni soyqırımını” dünyaya qəbul etmək cəhdləri ilə tanınır. Növbəti dəfə Ermənistanın Avropa Birliyindən ianə istəməsi sərt cavaba səbəb olub. Bu, bir daha göstərir ki, Avropa Birliyi Ermənistandan öz resursları hesabına inkişaf etməyi tələb edir. Baxmayaraq ki, Ermənistanın istədiyi vəsait Azərbaycanın orta səviyyəli illik büdcəsidir, Azərbaycanın ayrı-ayrı regionlarda keçirdiyi layihənin qiymətidir. Ancaq bu gün Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətinə görə özünü dilənçi vəziyyətinə salıb. Bu bir daha göstərir ki, dövlətçilik ilk növbədə qonşu dövlətlərlə xoş münasibətlərə əsaslanmalı, beynəlxalq hüquq normalarına, qarşılıqlı maraqlar üzərində qurulmalıdır. Bunlar isə Ermənistanda yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm