Nida Xəbər
Səfir: "FETÖ-nün beli qırılıb”
2016-cı ildə iyulun 15-də Türkiyə ən çətin və ağır günlərini yaşadı. FETÖ-çü xainlər hərbi geyimdə dövlət çevrilişinə cəhd göstərdi. Dövlətin varlığına qarşı təhdidin qarşısı xalqın dövlətlə əl-ələ verməsi nəticəsində alındı.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə Türkiyə xalqı terror təşkilatının layiqli cavabını verib: "Millətimiz prezidentin çağırışı ilə bu xain terrorçulara qarşı mübarizə aparmaq üçün küçələrə tökülüşdü. Həmin gün qəhrəmanlıq günü idi. Vətəndaşlarımız qanları bahasına dövlətimizi qorudu. 250 şəhidimizi cənnətə göndərdik. Yaşanan bu hadisə böyük dərs oldu. Bu hadisələrin bir daha yaşanmaması üçün tədbirlər barədə düşünürük. FETÖ xain terror təşkilatı dövlətin içərisinə 40 il ərzində yeridilmişdi. Dövlətin müxtəlif qurumlarında xüsusilə güc mərkəzlərinə yerləşdirilmişdi. Dövləti ələ keçirmək üçün cəhd göstərənlər cəzasız qala bilməzdi. FETÖ ilə mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə başqa prezident İlham Əliyev olmaqla Azərbaycana təşəkkür edirik. Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək olan ölkələrin önündə gəlir. Bunu üç gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi. “Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ-yə təşkilatına qarşı mübarizə davam etdiriləcək”.
Diplomat qeyd edib ki, Türkiyədə istintaq tədbirləri savam etdirilir: " 289 cinayət işi başlanıb ki, onun 188-i üzrə qərar verilib. Nəticədə 661 nəfər ağır cəzaya məhkum olunub".
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?