Polisi şəhid edən terrorçunun müsəlman qəbiristanlığında dəfninə etiraz
Bizi izləyin

Nida Xəbər

Polisi şəhid edən terrorçunun müsəlman qəbiristanlığında dəfninə etiraz

Gəncədə təxribat törədənlər Azərbaycanın dövlətçiliyinə xələl gətirməyə cəhd etdilər.

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mizəzadə bildirib ki, həmin şəxslər ölkə xaricindən idarə olunanlardır:

"Polis zabitlərini qətlə yetirənlərin zərərsizləşdirilməsi bir daha onu təsdiqlədi ki, Azərbaycanda heç bir cinayət cəzasız qalmayıb və qalmayacaq. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, kimlərinsə təsiri altına düşsün və öz vətəndaşlarının hüquqlarını qoruya bilməsin. Gəncə hadisələri bir daha göstərdi ki, dövləti sarsıtmaq olmaz, xalqla iqtidar arasında möhkəm birlik var".

Bir qrup Gəncə fəalının polis zabitlərinin qətlində şübhə bilinən və iyulun 13-də zərərsizləşdirilərək məhv edilən cinayətkarın müsəlman qəbiristanlığında dəfninə etiraz etməsi məsələsinə gəlincə isə millət vəkili bildirib:

"Bu, ictimaiyyət nümayəndələrinin fikridir, bu məsələni buraxaq gəncəlilərin ixtiyarına. Özləri necə istəyirlərsə, elə də etsinlər. Düşünürəm ki, bu, həm də digərlərinə bir görk olar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm