İtaliya Prezidenti Azərbaycana səfər edəcək
Bizi izləyin

Nida Xəbər

İtaliya Prezidenti Azərbaycana səfər edəcək

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm