ABŞ Dövlət katibi və Müdafiə naziri Azərbaycana GƏLİR: Qarabağ məsələsi, BÖYÜK HADİSƏ - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

ABŞ Dövlət katibi və Müdafiə naziri Azərbaycana GƏLİR: Qarabağ məsələsi, BÖYÜK HADİSƏ - ŞƏRH

ABŞ-ın yüksək dövlət rəsmilərinin ölkəmizə səfər edəcələrini bildirmələri çox böyük hadisədir.

Publika.az xəbər verir ki, bunu Axar.az-a ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettisin Bakıya ehtimal edilən səfəri haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bu səfərlər Bakının geostrateji əhəmiyyətindən xəbər verir:

“Bakı ABŞ-ın Əfqanıstan və Orta Asiya siyasətində bir körpü rolunu oynamaqla bərabər, həm də Əfqanıstan probleminin tənzimlənməsi və danışıqlar prosesinin davam etdirilməsi üzrə seçilmiş paytaxt statusunu qoruyub saxlayır. Bundan öncə ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşü də sırf ölkəmizin geostrateji mövqeyindən xəbər verirdi. Bakının seçilməsi həm Rusiya, həm də ABŞ-ın istəyi idi. Ancaq bu məsəldə ən çox təkid edən tərəf ABŞ olub. Hesab edirəm ki, bu siyasət indi də davam etdirilir. Bu fonda Bakıda Əfqanıstanda sülhyaratma prosesi, bununla bağlı danışıqların keçmişi və gələcəyi ciddi surətdə müzakirə olunacaq. İki nazirin Bakıya səfərinin planlaşdırılması o deməkdir ki, Əfqanıstan məsələsində müəyyən gəlişmələr var və bu gəlişmə sülhyaratma prosesi ilə bağlıdır. Üstəlik, ABŞ bu prosesdə Bakının və Azərbaycan siyasi rəhbərliyinin göstərdiyi yardımı və təşəbbüskarlığı yüksək qiymətləndirir. Şərqlə Qərb arasında dəhliz statusunu qazanan Bakı gələcəkdə BMT-nin ikinci Cenevrəsinə çevrilə bilər. Bu, həm də Azərbaycanın artan statusuna dəlalət edir”.

Politoloq bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Bakıya gəlişi Dağlıq Qarabağ məsələsi ilə bağlı daha dərin müzakirələrə fürsət yaradacaq:

“Bu, Azərbaycan üçün də mühüm fürsətdir. Hesab edirəm ki, Azərbaycan diplomatiyasi bunu ciddi dəyərləndirəcək və gələcəkdə Qarabağ prosesinin tənzimlənməsində ABŞ-ın rolunun daha təsirli olması üçün istifadə edəcək. Bu, Bakı prosesi adlanır və Bakının BMT və ABŞ-ın Yaxın və Orta Şərq problemlərinin çözülməsində əsas mərkəz olaraq seçilməsi anlamına gəlir. Bakı prosesi Azərbaycanın və dövlətçiliyimiziz uğurudur və bu uğurlu gediş mütləq Dağlıq Qarabağ probleminin həllində istifadə ediləcək”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər və müdafiə nazirləri Brüsselə səfərləri çərçivəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettislə görüşüblər. Bu görüşdən sonra Pompeo və Mattis Azərbaycana səfər edəcəklərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm