Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan GİRMƏK İSTƏDİ, AMMA... - RƏSMİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Ermənistanın kəşfiyyat-diversiya qrupu Azərbaycan GİRMƏK İSTƏDİ, AMMA... - RƏSMİ - FOTO

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Publika.az-ın Azərbaycan Müdafiə Nazirilinə istinadən verdiyi xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm