Quranda belə ayə var ki, kimsə bir nəfəri öldürsə... - Hacı Fuad
Bizi izləyin

Nida Xəbər

Quranda belə ayə var ki, kimsə bir nəfəri öldürsə... - Hacı Fuad

“Dinlə dövlətin münbasibətlərinin yüksək səviyyədə olması, sabitliyin əsas şərtidir”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev “Media: dini radikalizmlə mübarizə” adlı tədbirdə dilə gətirib.

Onun sözlərinə görə, bu hadisələrdən yazarkən media radikalizmə addım atan, din adından sui-istifadə edənlər şəklində ifadələrdən istifadə etməsi daha doğru olardı:

“Çünki din pərdəsi altında cinayət törətmək olmaz. Media bu məqamlarda ehtiyatlı olmalıdır. Radikalizm islamın nifrət etdiyi əməldir. Din sivil bir cəmiyyət təşkil etmə baxımında mühüm rol oynayır. İslam dinində əxlaq prinsipləri mühüm yer tutur. Bu gün bəzi qruplar qanun çıxarır ki, kimisə öldürsün. Bu, düzgün deyil, bunun islamla heç bir əlaqəsi ola bilməz. Quranda belə bir ayə var ki, kimsə yer üzündə bir nəfəri öldürsə, o hər kəsi öldürmüş kimi olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm